Nikoloz Samxaradzenin sədrliyi ilə ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclası keçirilib
Nikoloz Samxaradzenin sədrliyi ilə ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclası keçirilib

 
Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Gürcüstanın ATƏT-in Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze Avstriyada rəsmi səfərdədir.

Vyanada ATƏT-in Parlament Assambleyasının qış sessiyası çərçivəsində Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsinin iclası keçirilib və iclasda əsas müzakirə mövzusu təhlükəsizlik mühiti, Rusiyanın Ukraynaya təcavüzü, ATƏT-in Ukraynadakı rolu, funksiyaları və töhfəsi olub.

Bu gün həmdə komitə sədri Nikoloz Samxaradzenin açılışını etdiyi ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclası keçirilib və o, 2022-ci ilin altı ayının fəaliyyətini müzakirə edib.

Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında görüşdə münaqişə dövründə demokratiyanın üzləşdiyi çağırışların və insan hüquqlarının pozulmasının müzakirə edildiyi deyilir. Nikoloz Samxaradze çıxışı zamanı Rusiyanın Ukraynada davam edən təcavüzündən danışıb.

“Keçən il biz Rusiyanın ATƏT-in üzvü olan dövlətə qarşı amansız təcavüzünü gördük, nəticədə on minlərlə insan həlak olub, Ukraynanın şəhər və kəndləri dağıdılıb. Bu, Rusiyanın XXI əsrdə növbəti qəddar təcavüzüdür. Bu gün iki ölkənin, Gürcüstan və Ukraynanın ərazilərinin bir hissəsi Rusiya Federasiyası tərəfindən işğal edilib və ilhaq olunub. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və biz bu assambleya çərçivəsində suveren dövlətlərə qarşı həyata keçirilən təcavüz, işğal və ilhaqla bağlı birlik olmalıyıq”- deyə Nikoloz Samxaradze açıqlayıb.

ATƏT-in parlament nümayəndə heyətinə Avropaya İnteqrasiya Komitəsinin sədri, Gürcüstanın Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Maka Bochorişvili daxildir.