Nikoloz Qamkrelidze sosiyal şəbəkədə yazır ki, koronavirusa yoluxub
“Eveksin” nəzarət şurasının sədri Nikoloz Qamkrelidze bəyan edir ki, koronavurisa yoluxub.
Bu bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzeni oğlu Nikoloz Qamkrelidze sosiyal şəbəkə Facebook vasitəsi ilə yayıb.
“İtaliyadan gələn və infeksiaya yoluxan əməkdaşlarımla ünsiyyətdə olduğum üçün izolyasiya rejiminə keçdim. Şübhəli simptomlardan sonra isə, Tbilisi İnfeksiya Xəstəxanasına gəldim və müalicə edilirəm. Özümü yaxşı hiss edirəm. Pasientlərin kimliyinin konfidensiyal olmasına baxmayaraq, xəstələndiyim barədə məlumatı şəxsən özüm yaymaq istədim çünki: 1. Hesab edirəm ki, xəstəlik ayıb deyil. 2. Bu məsələnin müxtəlif interpretasiyalara yol açmasını istəmədim. 3. Panikanın yaranmasını istəmədim.
Əminəm ki, daha həmrəy olsaq və vətəndaş məsuliyyətimiz daha böyük olsa, bu çətin çağırışı bərabər məğlub edəcəyik” – yazıb Nikoloz Qamkrelidze.
