Nikoloz Basilaşvilinin vəkili - Hadisə yerindən video-görüntülər var, harda görünür ki, qadına kimsə zorakılıq etməyib

Nikoloz Basilaşvilinin həbs edilməsi üçün əsas olacaq dəlillər yoxdur, – bu barədə bəyanatı məşhur tenisçi Nikoloz Basilaşvilinin vəkili İrma Çkadua verdi.

Vəkilin dediyinə görə, hadisə yerindən video-görüntülər var, harda görünür ki, qadına kimsə zorakılıq etməyib.

Vəkil bəyan edir ki, Nikoloz Basilaşvili necə ölkə daxili, eləcə də beynəlxalq məhkəmədə öz maraqlarını qoruyacaq.

“Əlbəttə ki, mən qadın zorakılığına qarşıyam, ancaq Nikoloz Basilaşvili qadına qarşı zorakılıq etməyib. O aqressiv bir insan deyil və belə məsələ ilə gündəmə gəlmək onun üçün təhqir edicidir” – dedi vəkil İrma Çkadua.

Xatırladaq ki, tenisçi Nikoloz Basilaşvili həyat yoldaşına zorakılıq ittihamı ilə mayın 21-də həbs edilmişdi və girov əvəzinə azad edildi.