Nikol Paşinyan - yaxın aylarda Azərbaycanla sülh müqaviləsi bağlamaq haqqında Ermənistanın siyasi iradəsi qəti olaraq qalır
Nikol Paşinyan - yaxın aylarda Azərbaycanla sülh müqaviləsi bağlamaq haqqında Ermənistanın siyasi iradəsi qəti olaraq qalır

 
Yaxın aylarda Azərbaycanla sülh müqaviləsi bağlamaq haqqında bizim siyasi iradəmiz qəti olaraq qalır-bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb.

Ermənistan hökumətinin başçısı bildirib ki, sazişi tək Ermənistan imzalaya bilməz, ona Azərbaycanın da imzası lazımdır.

“İlin sonuna və ya yaxın aylarda sülh sazişinin imzalanması nə dərəcədə realdır? Sülhün üç əsas prinsipi faktiki olaraq artıq Azərbaycanla razılaşdırılıb. Və bu razılıq danışıqlar zamanı əldə olunub. Konkret olaraq, Brüsseldə üçtərəfli görüşlər zamanı. Əgər sülh müqaviləsinin prinsipləri razılaşdırılıbsa, onda biz niyə onu imzalamırıq? Səbəb, əksər hallarda, tərəflərin bir-birinə inamsızlığıdır”- deyə Ermənistanın Baş naziri açıqlayıb.

Paşinyan vurğulayıb ki, bir neçə əsas məqamın razılaşdırılmasına ehtiyac var, bunlardan biri mübahisəli məsələlərin sülh sazişi vasitəsilə həlli mexanizminin yaradılması, ikincisi isə təhlükəsizlik təminatlarının yaradılmasıdır.