Nikol Paşinyan İlham Əliyevin onunla görüşdən imtina etməsinə baxmayaraq, Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində iştirak edəcəyini açıqlayıb
Nikol Paşinyan İlham Əliyevin onunla görüşdən imtina etməsinə baxmayaraq, Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində iştirak edəcəyini açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin onunla görüşdən imtina etməsinə baxmayaraq, Avropa Siyasi Birliyinin İspaniyanın Qranada şəhərində keçiriləcək sammitində iştirak edəcəyini açıqlayıb.

“Gedib Qranadada görüşlər keçirəcəyik. Mövqelərimizi daha ətraflı təqdim etməyə çalışacağıq. Əlbəttə, biz Əliyevlə görüşün baş tutmayacağına təəssüflənirik, amma ümid edirik ki, masa üzərində olan konseptual sənəd lazımi vaxtda imzalanacaq. Mən bu sənədi imzalamağa hazıram”- Paşinyan Ermənistan parlamentində çıxışı zamanı bildirib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməkdən imtina etməsi barədə məlumat yayıb. Mətbuatın yazdığına görə, İlham Əliyevlə Nikol Paşinyan arasında Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Qranadada görüş keçirilməli idi.