Nikol Paşinyan - Gürcüstan və İran İslam Respublikası ilə münasibətlərin dostluq, tərəfdaşlıq xarakterini dərinləşdirməyə davam etmək vacibdir
Nikol Paşinyan - Gürcüstan və İran İslam Respublikası ilə münasibətlərin dostluq, tərəfdaşlıq xarakterini dərinləşdirməyə davam etmək vacibdir

 
Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstan və İranla münasibətlərin dostluq xarakterini dərinləşdirməyin vacibliyindən danışır. Bu barədə erməni mediasının yaydığı məlumata görə Paşinyan parlamentdə çıxışı zamanı danışıb.

Paşinyan bildirib ki, Ermənistanın dörd qonşusu var və bütün əsas təhlükələr və imkanlar onlarla münasibətlərdə gizlənib.

Ermənistanın Baş nazirinin qeyd etdiyi kimi, dünya düzəninin dağılması şəraitində Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün yeganə vasitə vətənin dövlətlə, onun ərazisi, beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü ilə eyniləşdirilməsidir.

“Bu qavrayışdan irəli gələn əsas, praktik problem, nə qədər qəribə səslənsə də, dövlətin coğrafi mövqeyini anlamaqdır. Qərb-Şərq, Şimal-Cənub məsələlərinin qlobal müzakirəsindən əvvəl Cənubi Qafqaz regionunda olduğumuzu, dörd qonşumuzun olduğunu və bizim ola biləcək bütün əsas təhlükə və imkanların münasibətlərimizdə gizləndiyini dərk etməyi vacib hesab edirəm. Bu baxımdan, Gürcüstan və İran İslam Respublikası ilə münasibətlərin dostluq, tərəfdaşlıq xarakterini dərinləşdirməyə davam etmək vacibdir”-deyə Paşinyan açıqlayıb.