Nikol Paşinyan - Cəmiyyət bizdən niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qaldığımızı soruşur, düzünü desəm, bu suala cavabım yoxdur
Nikol Paşinyan - Cəmiyyət bizdən niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qaldığımızı soruşur, düzünü desəm, bu suala cavabım yoxdur

 
Ermənistanın Baş naziri Nikol Paşinyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanın ümid edə biləcəyi mexanizm olmadığını bildirib.

Britaniya mətbuatına müsahibəsində Nikol Paşinyan Ermənistan Respublikasının niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qalması sualına cavabının olmadığını bildirib.

Onun izahatına görə, 2021 və 2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın sərhədlərini pozan zaman bu qurum cavab mexanizmlərini işə salmayıb və buna səbəb kimi Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya edilməməsi göstərilib.

Paşinyan bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı onun üzvləri olan Rusiya, Ermənistan və digərlərinin ümid edə biləcəyi mexanizm olaraq mövcud deyil.

“Bu, bu təşkilatın reaksiyasından və bəzi üzv ölkələrin bəyanatlarından irəli gəlir. Cəmiyyətimiz bizə deyir: Biz niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qalırıq? Düzünü desəm, bu suala cavabım yoxdur” – Paşinyan bildirib.

Eyni zamanda, Ermənistanın Baş naziri Rusiyanın Cənubi Qafqaz regionunda mühüm rol oynadığını deyib.