Niko Pirosmaninin əsəri "Sotheby's" hərracında bu gün satılacaq
Niko Pirosmaninin əsəri "Sotheby's" hərracında bu gün satılacaq

Niko Pirosmaninin əsəri “Sotheby’s” hərracında bu gün satılacaq. Bu barədə məlumat hərracın rəsmi veb sahifəsində göstərilib. “Sotheby’s” hərracı səhifəsində həmçinin qeyd olunubdur ki, əsərin qiyməti 500 000-700 000 funt sterlinqdir. Orada həmçinin yazılıbdır ki, əsər tanınmış Avstriyalı yazıçı, Ştefan Svayqinin kolleksiyasındadır. Əsəri o, 1928-ci ildə Moskvaya səfər edərkən əldə edib. İncəsənət ekspertləri hesab edirlər ki, əsərin qeyd olunan qiyməti aşağıdır.

Əsər yenə də rus bölməsində təqdim olunub, lakin qeyd olunubdur ki, Niko Pirosmani gürcü rssamıdır. “Sotheby’s” hərracının nümayəndərinin dediyinə görə, əsər rus bölməsinə ona görə düşdü ki, ayrıca gürcü bölməsi mövcud deyil.