Niko Kajaia dekabrın 19-da Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2 nömrə altında çıxış edəcək
Niko Kajaia dekabrın 19-da Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2 nömrə altında çıxış edəcək

 

Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstan təmsilçisi Niko Kajaia dekabrın 19-da “La Saint Musical” səhnəsində iki nömrə altında çıxış edəcək.

Bu gün açılış mərasimində 19 iştirakçı ölkənin səhnədə çıxış ardıcıllığı məlum olub. Sabahdan etibarən isə müsabiqəçilər böyük səhnədə ilk məşqlərə başlayacaqlar.

“Ranina” layihəsinin qalibi Nikoloz Kajaia Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstanı Qiqa Kuxianidzenin “Gülümsəmələri sayaq” (“Lets count the smiles”) mahnısı ilə təmsil edəcək.

Dekabrın 19-da, Parisdə 19-cu Avroviziya Uşaq Mahnı Müsabiqəsi keçiriləcək və müsabiqədə 19 ölkə iştirak edəcək. Ənənəvi olaraq birbaşa translasiyanı İctimai Yayımçı sizlərə təqdim edəcək.

Dekabrın 17-də saat 23:00-dan isə Avroviziya Uşaq Mahnı Müsabiqəsinin rəsmi saytında Junioreurovision.tv-də səsvermə başlayacaq.