Nika Rurua vəfat etdi

Sabiq Mədəniyyət Naziri və sabiq deputat Nika Rurua öz evində ölmüş halda tapıldı.

Bu barədə məlumatı onun ailəsi yayır.

Ruruanın ölüm səbəbi hələlik  məlum deyil

Nikoloz Rurua 2008-ci ilin dekabrın 9-dan, 2012-ci ilin oktyabrın 25-nə qədər Gürcüstanın Mədəniyyət Naziri vəzifəsində işləyirdi.

O həmçinin, “Milli Hərəkat” partiyasının altıncı və yeddinci çağırış parlamentinin üzvü idi.

İlkin məlumata görə, Nika Rurua yalnız deyildi və ailə üzvlərinin yanında infarktdan öldü.

Baş verənlə bağlı Daxili İşlər Nazirliyi, Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə aparır.