Nika Melia - seçki üçün 49 756 seçici qeydiyyatdan keçib, insanlar partiyanı qeyri-rəsmi təsirlərdən qorumaq və xilas etmək istəyirlər
Nika Melia - seçki üçün 49 756 seçici qeydiyyatdan keçib, insanlar partiyanı qeyri-rəsmi təsirlərdən qorumaq və xilas etmək istəyirlər

 

Qeydiyyat müddəti başa çatıb. 49 756 seçici qeydiyyatdan keçib. Cəmiyyətin bu qədər kəskin marağına və fəallığına səbəb nə oldu? Seçicilər, tərəfdarlar – əgər aktivləşməsələr, bu partiyanın da bu ölkə necə idarə edilirsə, eyni üslubda – qeyri-rəsmi idarəçi tərəfindən idarə olunacağı ilə bağlı təhlükəni açıq-aydın gördülər- bu barədə “Milli Hərəkat”ın sədri Nika Melia sosial şəbəkədə yazır.

Melia bildirib ki, “insanlar partiyanı qeyri-rəsmi təsirlərdən qorumaq və xilas etmək istəyirlər”.

“İnsanlar pulun deyil, insanların partiyaya təsir göstərməsini istəyirlər. İnsanlar istəyirlər ki, partiyanı pərdə arxasında olanlar deyil, onların seçdiyi şəxs idarə etsin. İnsanlar proseslərin boz kardinalların nümayəndələri tərəfindən deyil, liderlərin aparmasını istəyirlər. Gizli səsvermə yanvarın 28-də başlayacaq və yanvarın 30-da saat 10:00-da başa çatacaq.

Bu seçki dəyərlərin seçkisidir. Bu seçki iki nəticə ilə başa çata bilər. Ya partiya nəyinki sağ qalacaq, eləcə də xeyli güclənəcək – həm tərəfdarlarının sayı, həm də ona inam artacaq, ya da nəhayət, bu şansını itirib, can udmaq rejiminə keçəcək. Səsvermə gizli olacaq. Kimin kimə səs verdiyini heç kim bilməyəcək və ümid edirik məğlub olan seçkinin nəticələrini tanıyacaq və qalibi təbrik edəcək. Şübhəsiz ki, şərəf və həqiqətlə qalib gələcəyik”-deyə Melia yazır.