Nika Melia - Parlamentə hansı siyasətçi girsə, o artıq müxalifətçi deyil "pup" olacaq

“Milli hərəkatın” liderlərindən biri Nika Melia bəyan edir ki, baryeri keçən hərhansı partiyadan heç bir deputat  parlamentə girməyəcək.

Onun dediyinə görə, parlametə daxil olmaq fikrindən keçə bilməyən siyasətçilər, artıq müxalifətçi deyil, parlamtdə bir “əşya” olacaqlar.

“Bütün bu qarışıq söhbətlərə son qoyulması üçün, danışıqlar zamanı səsləndirilən şərtlər və tələblər ictimailəşdiriləcək.

Tam məsuliyyətlə deyə bilərəm ki, baryeri keçən heç bir partiyanın deputatı, heç bir müxalifətçi parlamentə girməyəcək.

10-cu çağırış parlamentində heç bir müxalifətçi olmayacaq. Parlamentə girməyə razı olan siyasətçi, orada bir “əşya” olacaq.

Sizcə altı müxalifətçi parlamentə girib, orda nə edəcək? Mən kiminsə girəcəyini istisna edirəm, ancaq girən olsa belə, o orada deputat deyil, əşya olacaq” – dedi Nika Melia.