Nika Melia - Kim güya mənim xeyrimə girov məbləğini ödəsə, mənim düşmanım olacaq
Nika Melia - Kim güya mənim xeyrimə girov məbləğini ödəsə, mənim düşmanım olacaq

“Milli Hərəkatın” üzvü Nika Melia yenə bir daha bəyan edir ki, girov məbləğini ödəməyəcək.

Onun dediyinə görə, girovun ödənilməsi üçün xüsusi kod lazımdır, hansı ki, sadəcə prokurorluqda var.

“Bu paradoks iqtidarından seçkilərin saxtalaşdırıldığını gördük, ancaq mənim adımdan girovun ödəniləcəyi ehtimalını heç düşünməmişdim. Bugün “Gürcü Arzusuna” orientləşdirilmiş medya məndən və dəstə üzvlərimizdən soruşur ki, Nika Melianın girovunu ödəməyi planlayan mifik vətəndaş kimdir.

Yenə bir daha bəyan edirəm, mən “Qavrilovun işi” ilə bağlı mənə yazılan girov məbləğini ödəməyi ayıb hesab edirəm, identifikasiya kodu olmadan da, mənim yerimə kimsə ödəyə bilməz. O kod prokurorluqdadır və prokurorluq verməsə, kodu kimsə ala bilməz.

Mən prokurorluğa deyil, banka müraciət edirəm, mənim yerimə girov məbləğinin ödənilməsi qanun pozuntusudur və ümid edirəm ki, bank bu qanun pozuntusunda iştirak etməyəcək.

Mənim yerimə 40 000 larilik məbləği ödəyən mifik şəxs də yoxdur, ödəsə də, mənim düşmanım və DTX-nın casusu olacaq” – dedi Nika Melia.

Xatırladaq ki, 2019-cu ilin 27 iyun ayında, “parlamentə qarşı qrup zorakılığına rəhbərlik etmək” ittihamı ilə həbs olunan Nika Meliaya 30 000 larilik girov məbləğininin ödənilməsi həvalə edilmişdi.

Daha sonra müəyyən qaydaların pozulmasına görə, Melianın girov məbləği 40 lari oldu. Ödəniş üçün isə, ona 50 günlük müddət verilib.

Fevralın 5-də, Nika Meliayı prokurorluğa çağırdılar, ancaq o getmədi.