Nika Melia - "Gürcüstan bankına" müraciət edirəm, mənim adımdan ödəniş həyata keçirilsə, bu hüquqlarımın pozulmasıdır, bunu nəzərə alın
Nika Melia - "Gürcüstan bankına" müraciət edirəm, mənim adımdan ödəniş həyata keçirilsə, bu hüquqlarımın pozulmasıdır, bunu nəzərə alın

“Milli Hərəkatın” üzvü Nika Melia “Gürcüstan Bankının” rəhbərliyinə müraciət edir və bəyan edir ki, onun adından bank hesabına girov məbləği ödənsə, bu onun bank istifadəçisi olaraq, hüquqlarının pozulmasıdır.

Nika Melia ümid edir ki, bank qanun pozuntusunun iştirakçısı olmayacaq.

“Girovun  ödənilməsi gərəkən hesab Gürcüstan Bankına aiddir və xüsusi kod olmadan kimsə oraya məbləğ ödəyə bilməz. Mən hərhansı ödəniş etməyi düşünmürəm və ümid edirəm ki, hörmət etdiyim bank qanun pozuntusunun iştirakçısı olmayacaq. Bunu nəzərə alın” – deyir Nika Melia.

Xatırladaq ki, 2019-cu ilin 27 iyun ayında, “parlamentə qarşı qrup zorakılığına rəhbərlik etmək” ittihamı ilə həbs olunan Nika Meliaya 30 000 larilik girov məbləğininin ödənilməsi həvalə edilmişdi.

Daha sonra müəyyən qaydaların pozulmasına görə, Melianın girov məbləği 40 lari oldu. Ödəniş üçün isə, ona 50 günlük müddət verilib.

Fevralın 5-də, Nika Meliayı prokurorluğa çağırdılar, ancaq o getmədi.