Nika Melia - Davit Kezeraşvili gürcü siyasətindən nə qədər uzaq olarsa, ölkənin gələcəyi üçün bir o qədər yaxşıdır, onunla heç bir görüş planlaşdırmıram
“Axali” partiyasının liderlərindən olan Nika Melia partiya yoldaşı Nika Qvaramia ilə birgə Davit Kezeraşvili ilə görüşmək üçün xaricə yola düşməsi haqda mediada yayılan məlumatları təkzib edir.
Melianın sosial şəbəkədə yazdığı kimi, nə indi, nə də gələcəkdə Davit Kezeraşvili ilə görüşməyi planlaşdırmır.
“DTX-nın birbaşa göstərişi ilə fəaliyyət göstərən “Gürcü Arzusu”nun televiziyaları guya mənim və Nika Qvaramianın ölkədən kənarda Davit Kezeraşvili ilə görüşməyimiz haqda yalan yayırlar.
Mənim Davit Kezeraşvili ilə bağlı mövqeyim çoxdandır məlumdur, gürcü siyasətindən nə qədər uzaq olarsa, ölkənin gələcəyi üçün bir o qədər yaxşıdır.
Ölkə uğrunda həlledici mübarizədə mənəvi üstünlüyü qorumaqdan vacib heç nə yoxdur.
Siyasəti kuluar təsirlərlə, pulla idarə edilməməli olan ictimai iş hesab etdiyimiz üçün “Axali” partiyasını təsis etdik.
Mən onunla nə indi, nə də gələcəkdə heç bir məsələ ilə bağlı heç bir görüş planlaşdırmıram”-deyə Melia bildirir.
“Kurieri”nin məlumatında, “Axali” partiyasının liderləri Nika Qvaramia və Nika Melianın Davit Kezeraşvili ilə görüşmək üçün xaricə yola düşdükləri deyilir.