İtaliyanın məşhur “Corriere dello Sport” nəşri Xviça Kvaratsxelianın Neapoldakı evinin qarət edildiyi barədə məlumat yayır.
Neapolda Xviça Kvaratsxelianın evində oğurluq
“Xviça Kvaratsxelianın başına xoşagəlməz əhvalat gəlib. Onun Neapoldakı evindən oğurluq edildiyi məlum olub. Oğrular onun “Mini Countryman” markalı avtomobilini oğurlayıblar. Bu vaxt Xviça evdə olub, lakin heç nə hiss etməyib. Gürcü istedad artıq polisə şikayət edib. Xoşbəxtlikdən Xviçanın özü zərər görməyib və o, bu gün komanda ilə birlikdə məşq edib”-deyə nəşr yazır.
İtaliya polisi artıq işə qarışıb.
Xatırladaq ki, Xviça Kvaratsxelia İtaliyada qarət edilən ilk futbolçu deyil. İllər əvvəl İtaliyada oyun zamanı Levan Mchedlidze də qarət edilmiş və evindən kompyuterlə yanaşı, pul da oğurlanmışdı.