NDI - Sorğulananların 64%-i üçün Gürcüstanın NATO-ya qoşulması məqbuldur
NDI tərəfindən keçirilən ictimai fikir sorğusu nəticəsində məlum oldu ki, Gürcüstan əhalisinin 64%-i, Gürcüstanın NATO-ya qoşulmasının tərəfdarıdır.
26% üçün bu qeyri məqbuldur. 9% isə, bu sualın cavabını bilmir.
Qeyd edək ki, eyni tədqiqat nəticəsində məlum oldu ki, Tbilisidə sorğulananların 72% üçün NATO üzvleyü məqbuldur. 23% isə, qeyri-məqbul hesab edir. 5%- isə, bilmir.
Milli Demokratik İnstitut NDİ və CRRC–Gürcüstan, medyaya 2017-ci ildə keçirilən sorğunun nəticələrini təqdim etdilər.
Tədqiqat noyabrın 29-dan, dekabrın 19-na qədər dövrü əhatə edir.
NDİ-ın tədqiqatları Böyük Britaniyanın UK Aid təşkilatının maddi dəstəyi ilə, CCRC-Gürcüstan tərəfindən keçirilir.