NDI - Sorğulananların 27% səsini "Gürcü Arzusuna", 10% "Milli Hərəkata" və 3% "Avropa Gürcüstanına" verərdi

NDİ tərəfindən keçirilən sorğu çərçivəsində, “sabah parlament seçkiləri olsa, səsinizi kimə verərdiniz sualına” cavab olaraq, əhalinin 27 faizi səsini “Gürcü Arzusuna” verəcəyini bildirib.

Sorğulananların 24%  faizi bəyan edir ki, heç bir partiyaya səs verməzdi. 15% səsini kimə verəcəyini bilmir. 13 faizi isə, cavab verməkdən imtina etdi.

Tədqiqat noyabrın 29-dan, dekabrın 19-na qədər müddəti və işğal edilmiş ərazilərdən başqa, bütün Gürcüstan miqyasını əhatə edir.

NDİ tədqiqatları Böyük Britaniya iqtidarının maddi dəstəyi ilə həyata keçirilir.

Bilavasitə sorğuyu isə, CRRC-Gürcüstan keçirir.