NDI - Sorğulananların 21% ailə gəlirinin 300-500 lari olduğunu bildirib
Milli Demokratik İnstitutu NDİ-nın keçirdiyi sorğuya əsasən, Gürcüstan əhalisinin 21% ailə gəlirinin 300-500 lari olduğunu bildirib.
Sorğulananların sadəcə 3% bildirib ki, ailə gəliri və xərcləri 1600 laridən artıqdır.
1%-in dediyinə görə isə, gəliri heç yoxdur.
11%-in gəliri isə, sadəcə 180 lariyə qədərdir.
Milli Demokratik İnstitut NDİ və CRRC–Gürcüstan, medyaya 2017-ci ildə keçirilən sorğunun nəticələrini təqdim etdilər.
Tədqiqat noyabrın 29-dan, dekabrın 19-na qədər dövrü əhatə edir.
NDİ-ın tədqiqatları Böyük Britaniyanın UK Aid təşkilatının maddi dəstəyi ilə, CCRC-Gürcüstan tərəfindən keçirilir.