"National Geographic" - Yer üzündə Gürcüstana oxşayan bir yer yoxdur
Gürcüstanın Milli Turizm Administrasiyası tərəfindən həyata keçirilən marketinq kampaniyası çərçivəsində, «National Geographic» Gürcüstan haqqında dördüncü məqaləsini yayır.
“Yer üzündə Gürcüstana oxşayan bir yer yoxdur” başlıqlı məqalənin müəllifi Aaron Xyui Gürcüstanın müxtəlif regionlarının turizm potensialı haqqında yazır.
Aaron Xyui Gürcüstan paytaxtını təsvir edir və qeyd edir ki, Tbilisi hər zaman müxtəlif millətlərin mədəniyyət mərkəzi olub və dini və etnik müxtəlifliyi ilə fərqlənir.
Jurnalist həmçinin, Tbilisinin qədim rayonlarını, arxitekturasını və gecə həyatını da təsvir edir.
Məqalənin sonunda oxuyuculara tövsiyyə də verilir:
“Gürcüstana gəldiyinizdə maceralara hazır olun, tələsməyin, burda siz çoxlu festivallara rast gələcəksiniz. Mütləq gürcü mətbəxini yoxlayın. Yerli əhali sizə mahnı oxumağı öyrətməyə çalışacaq. Nə qədər utanqaç olsanız da, bunları xatırlayanda, anlayacaqsınız ki, belə bir şey heç vaxt başınıza gəlməyib. Bəli, bura Gürcüstandır!” – yazır müəllif.