İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnavada Koronavirus təstiqləndi.
Bu haqda məlumatı İqtisadiyyat və Stabil İnkişaf Nazirliyi yayır.
“Natia Turnava hazırda özünü yaxşı hiss edir və müalicəyə evdə davam edəcək”, – deyirlər Nazirlikdə.
Natia Turnava bir neçə gündür öz təcridə keçmişdi.