Natia Turnava - yük daşımaları aktiv şəkildə inkişaf edən ən vacib sektorlardan biridir
Natia Turnava - yük daşımaları aktiv şəkildə inkişaf edən ən vacib sektorlardan biridir

 

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnavanın sözlərinə görə, iqtisadiyyatın bərpasına paralel olaraq, aktiv şəkildə inkişaf edən ən vacib sektorlardan biri yük daşımalarıdır – ilk altı ayda bütün növ nəqliyyat vasitələri ilə, beynəlxalq yükdaşımalarla daşınan yüklərdəki artım 13%-i təşkil edir.

Natia Turnavanın sözlərinə görə, söhbət Gürcüstan ərazisindən və Gürcüstan istiqamətində daşınan yüklərdən gedir.

“Xüsusilə də, quru yolu ilə daşınan yüklər yüksək templə artır, pandemiyaya baxmayaraq biz bunu dayandırmamışıq və əksinə, maksimal şəkildə təşviq etmişik. Bu o deməkdir ki, dəhlizimiz çox fəaldır. Yeni Bakı-Tbilisi-Qars dəmir yolu maqistralı ilə yükdaşımalar çox yüksək sürətlə inkişaf edir. Xüsusilə də, strateji hissələrindən biri Gürcüstan olan dırnaq arası orta dəhlizdən keçərək Çinə gedən və ya qayıdan konteyner yükləri diqqəti çəkir. Qeyd edilməlidir ki, bu dəhliz həqiqətən də baş tutub və böyümə tempinə nəzər salsaq, Çindən gələn və ya konteynerlə Çinə daşınan yüklər praktiki olaraq üç dəfə artır ”-deyə Natia Turnava bildirib.

2021-ci ilin yanvar-iyun aylarında Gürcüstanın nəqliyyat sektorları (avtomobil, dəmir yolu, mülki aviasiya) tərəfindən beynəlxalq daşımalarla daşınan yüklərin həcmi 11.0 milyon ton təşkil etmişdir ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12.7% çoxdur (9.8 milyon ton). Qeyd etmək lazımdır ki, eyni dövrdə, Gürcüstanın beynəlxalq hava limanlarından daşınan yüklərin sayında 8,8 min ton artım müşahidə olunmuşdur ki, bu da 2020 -ci ilin eyni dövründə daşınan yüklərin sayından 23,4% çoxdur ( 7,1 min ton).