Natia Turnava - "Visa" və "Mastercard" ilə  ani ödəniş sisteminin tətbiqi layihəsində gələcək əməkdaşlığı müzakirə etdik
Natia Turnava - "Visa" və "Mastercard" ilə ani ödəniş sisteminin tətbiqi layihəsində gələcək əməkdaşlığı müzakirə etdik

Gürcüstan Milli Bankının prezidenti vəzifəsini icra edən Natia Turnava Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik görüşləri çərçivəsində Mərakeşdə “Visa” və “Mastercard” aparıcı beynəlxalq kart sxemlərinin nümayəndələri ilə görüşüb.

“Visa” və “Mastercard” şirkətləri ilə görüşdə tərəflər gələcək qarşılıqlı əməkdaşlıq məsələlərini və layihələri müzakirə ediblər. Bundan əlavə, bank xidmətlərində rəqəmsal texnologiyaların və nağdsız ödəniş sistemlərinin inkişafı, o cümlədən Gürcüstanda ani ödəniş sisteminin tətbiqi barədə danışılıb.

Natia Turnavanın sözlərinə görə, ani ödəniş sisteminin tətbiqi kommersiya bankları ilə qeyr-bank vergi xidməti provayderləri arasında rəqabət qabiliyyətini artırmağa kömək edəcək. “Visa” və “Mastercard” ölkədə nağdsız ödənişlərin inkişafında Gürcüstan Milli Bankının mühüm tərəfdaşlarıdır.

“Görüşlər zamanı biz Milli Bankın aktiv şəkildə işlədiyi ani ödəniş sisteminin tətbiqi kimi mühüm layihə barədə danışdıq. Bu sistem ödəniş prosesini sürətləndirəcək və müştəri xidmətinin keyfiyyətini artıracaq ki, bu da bizim əsas vəzifələrimizdən biridir”, – Natia Turnava qeyd edib.

“Visa” və “Mastercard” 20 ildən artıqdır ki, Gürcüstanda fəaliyyət göstərir. Onlar həm ödəniş sistemləri, həm də maliyyə təhsili, rəqəmsal valyuta, açıq bankçılıq və digər aktual mövzularda Milli Bankın müxtəlif departamentləri ilə fəal əməkdaşlıq edirlər.