Natia Turnava “Tbilisi İpək Yolu Forumu” çərçivəsində B2B görüşlər keçirib
Natia Turnava “Tbilisi İpək Yolu Forumu” çərçivəsində B2B görüşlər keçirib

 
Gürcüstan Milli Bankının prezidenti vəzifəsinin icraçısı Natia Turnava “Tbilisi İpək Yolu Forumu” çərçivəsində B2B görüşlər keçirib.

Qlobal kripto-ekosistemlərdən biri olan Binance-in regional bazarlarının rəhbəri Riçard Tenq ilə B2B görüşündə şirkətin Gürcüstanın inkişaf edən fintek mühitində maraqlı olduğu qeyd edilib. Söhbət zamanı beynəlxalq fintek şirkətlərinin Gürcüstan bazarının inkişafındakı roluna və virtual aktivlərlə bağlı yeni tənzimləmələrə də toxunulub.

Elevandi şirkətinin icraçı direktoru Pat Patel ilə görüşdə tərəflər fintekin rolunun artırılmasının vacibliyindən danışıblar. Rəqəmsal iqtisadiyyatda cəmiyyət və özəl sektor arasında açıq dialoqun zəruriliyini vurğulayıblar.

Qeyd edək ki, Sinqapurun Monetar İdarəsi tərəfindən təsis edilmiş Elevandi şirkəti “Singapur FinTech” Festivalının ev sahibi və təşkilatçılarından biridir. Festival 15-17 noyabr tarixlərində keçiriləcək və Gürcüstanın Milli Bankı tərəfdaş gürcü kommersiya bankları və fintek şirkətləri ilə birlikdə dəvət olunub. Milli Bankın maliyyə texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər xüsusi ayrılmış pavilyonda təqdim olunacaq.

Məlumatı Milli Bankın mətbuat xidməti yayır.