Natia Turnava - "NamaxvanHES"-in investorundan tələb edəcəyik ki, yerli əhaliyi yüksək maaşlı işlə təmin etsin
“NamaxvanHES”-in investorundan tələb edəcəyik ki, yerli əhalinin yenidən kvalifikasiyasını həyata keçirsin və yüksək maaşlı vəzifələrdə işlə təmin etsin, – bu bəyanatı İqtisadiyyat Naziri Natia Turnava Tsageridə yerli əhali ilə görüş zamanı verib.
İqtisadiyyat Nazirinin dediyinə görə, çox önəmlidir ki, yerli əhali yüksək maaşlı işlə təmin edilsin.
“Bunun üçün investora müraciət edəcəyik ki, layihədən ən çox xeyri yerli əhali görsün. Bu günki görüş boş görüşlərdən deyil, görüş ona görə keçirildi ki, layihənin başlanğıc mərhələsində bütün məsələlər müzakirə olunsun” – dedi İqtisadiyyat Naziri.