Natia Turnava - məcburi köçkünləri  yaşayış sahəsi ilə təmin etmə tempi gələn iki il  ərzində 50 faiz artacaq
Natia Turnava - məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etmə tempi gələn iki il ərzində 50 faiz artacaq

Məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etmək, hökumətimizin cari sosial siyasəti çərçivəsində yerinə yetirdiyi ən böyük vəzifədir, digər tərəfdən, biznes üçün bu çox yaxşı imkandır, çünki söhbət 700 milyon laridən artıq resursdan gedir. Vəsait bizneslə birlikdə bu mühüm tapşırığın yerinə yetirilməsinə xərclənəcək-deyə bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, “İnşaatçılar Layihəsi” çərçivəsində mənzil tikintisinin yeni istiqamətinin təqdimatında çıxışı zamanı bildirib.

” Bunun həm tikinti şirkətləri, həm də developerlər üçün çox maraqlı olacağını düşünürük, çünki hökumət və özəl biznes arasında, məcburi köçkünlər və qaçqınların layiqli yaşayış sahələri ilə təmin edilməsini nəzərdə tutan bu böyük və mühüm məsələnin həlli istiqamətində əməkdaşlığa dair müxtəlif yol, modellər və metodlar təqdim olunub” -deyə Turnava bildirib.

İşğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlərin İşi, Əmək , Səhiyyə və Sosial Müdafiə naziri Ekaterine Tikaradzenin açılışını etdiyi tədbirdə İnşaatçılar Birliyi və developer şirkətlərin nümayəndələri iştirak edirdilər. İnşaatçılar Layihəsi çərçivəsində edilən dəyişikliklərlə bağlı təqdimatı Məcburi Köçkünlər, Eko Miqrantlar və Həyat Mənbələri ilə Təminat üzrə Agentliyin direktoru Besarion Simonişvili həyata keçirib.

Natia Turnavanın çıxışında da qeyd etdiyi kimi, 2013 -cü ildən etibarən Gürcüstan hökumətinin, onun müvafiq strukturlarının , Səhiyyə Nazirliyinin aktiv fəaliyyəti ilə məcburi köçkünlərin üzləşdiyi ən kəskin problem – yaşayış şəraiti ilə təmin etmə çox yüksək templə həll edilir.

“Hamımız söhbətin hansı miqyaslardan getdiyini görürük – 2013 -cü ildən bəri 23,000 ailə təmin olunub , lakin qarşıdakı iki ildə bu nisbət praktiki olaraq 50 % və daha çox artacaq, çünki əlavə 13.000 ailənin təmin edilməsi planlaşdırılır” -deyə iqtisadiyyat naziri bildirib.

Natia Turnavanın sözlərinə görə, bu istiqamətdə dövlət və özəl sektor arasında əməkdaşlıq qarşılıqlı faydalı və maraqlı olacaq, çünki ilk növbədə məcburi köçkünlərin təmin edilməsinə dair əsas tapşırıq yerinə yetiriləcək. Lakin, nazirin sözlərinə görə, eyni zamanda, bu Gürcüstan iqtisadiyyatında çox böyük dövlət sərmayəsidir, sahəyə xərclənəcək və iqtisadiyyatın inkişafına töhfə verəcək .