Natia Mezvrişvili - Yalan məlumat yayılır, güya, insanlara xəstəxanalarda diqqət yetirilmir, güya yerlərimiz yoxdur və sairə. Bütün bunlar yalandır. Əgər ölkədə apokalips olsa, çıxıb bu tribunaldan xəbər verəcəyik
Yalan məlumat yayılır ki, güya, insanlara xəstəxanalarda diqqət yetirilmir, güya yerlərimiz yoxdur və sairə. Bütün bunlar yalandır. Əgər ölkədə apokalips olsa, çıxıb bu tribunaldan xəbər verəcəm, – bu bəyanatı iqtidar administrasiyasının rəhbəri Natia Mezvrişvili Koordinasiya Şurasının iclası başa çatdıqdan sonra verdi.
Onun dediyinə görə, ictimaiyyət arasında yalan məlumatlar yayılır, hansıların məqsədi əhali arasında panika yaratmaqdır.
“İdarələrarası Koordinasiya Şurasının adı ilə müəyyən yalan məlumatlar yayılır. Güya xəstəxanalarda yerlər yoxdur, güya insanlar evlərdə, bir otağa doldurulublar, güya mehmanxanalarda onları kimsə müalicə etmir, zənglərə cavab verilmir və sairə.
İctimaiyyəti rahatlaşdırmaq istəyirəm. Belə bir panika üçün əsas yoxdur. Bəlkə elə hallar olub ki, həkim konsultasiyası 1-2 saat gecikib, ancaq inanın ki, bu nadir hallardır və sistematik xarakter daşımır. Xahiş edirəm, bir neçə gecikmə hallarına görə, panikaya düşməyin.
Həkimlər öz təcriddə olan insanlarla daim ünsiyyətdədirlər. Əgər ölkədə apokalips olsa, çıxıb bu tribunaldan sizə bildirəcəyik” – dedi Natia Mezvrişvili.