Natia Mezvrişvili - Prezidentə fövqəladə vəziyyətin uzadılması ilə bağlı müraciət edərkən, legitimlik və proporsiyonallıq əsas prinsiplərimiz idi
Natia Mezvrişvili - Prezidentə fövqəladə vəziyyətin uzadılması ilə bağlı müraciət edərkən, legitimlik və proporsiyonallıq əsas prinsiplərimiz idi

Vəziyyətə proporsiyonal olan gərəkli məhdudiyyətləri yaxşı dərk edirik. Prezidentə fövqəladə vəziyyətin uzadılması ilə bağlı müraciət edərkən, legitimlik və proporsiyonallıq əsas prinsiplərimiz idi – bu barədə bəyanatı iqtidar administrasiyasının rəhbəri Natia Mezvrişvili, bugünki parlament iclasında verdi.

Natia Mezvrişvilinin dediyinə görə, qeyd olunan qərarın verilməsinin məqsədi virusun yayılmasının azaldılması və vətəndaşların həyatını və təhlükəsizliyini qorumaqdır.

“Bu məsələ ilə bağlı fikir ayrılıqları var, ancaq biz vəziyyətə proporsiyonal olan məhdudiyyətlərinin zərurətini yaxşı dərk edirik və bu qərarın legitimliyi ilə bağlı kimsədə sual işarəsi yaranmamalıdır” – dedi Natia Mezvrişvili.