Natia Mezvrişvili - Müvafiq xidmətlər, MSK və epidemioloqlar fəal şəkildə işləyirlər və seçki prosesinin sağlamlıq üçün təhlükəsiz keçməsi təmin ediləcək
Natia Mezvrişvili - Müvafiq xidmətlər, MSK və epidemioloqlar fəal şəkildə işləyirlər və seçki prosesinin sağlamlıq üçün təhlükəsiz keçməsi təmin ediləcək

Məlum olduğu kimi, çox vacib seçkilər yaxınlaşır. Müvafiq xidmətlər, MSK və epidemioloqlar fəal şəkildə işləyirlər və seçki prosesinin sağlamlıq üçün təhlükəsiz keçməsi təmin ediləcək, – bu bəyanatı iqtidar administrasiyasının rəhbəri Natia Mezvrişvili idarələrarası koordinasiya şurasından sonra keçirdiyi brifinqdə verdi.

Onun dediyinə görə, qaydalar epidemioloqların rekomendasiyalarına müvafiq şəkildə müəyyənləşdirilib və seçkilərdə necə müşahidəçilərin, eləcədə seçicilərin sağlamlıq təhlükəsizliyi zəmanət altında olacaq.

“Pandemiyaya baxmayaraq, hər bir vətəndaşın seçiminin edilməsini təmin etmək üçün əlimizdən gələn maksimum ediləcək. Vətəndaşlara müraciət edirik ki, seçkilərə gedib səs versinlər və demək istəyirik ki, səs vermə prosesinin təhlükəsiz olması üçün müvafiq xidmətlər fəal şəkildə işləyiblər” – dedi Natia Mezvrişvili.

İqtidar administrasiyasının rəhbəri vətəndaşlara bir daha müraciət etdi ki, maksimal olaraq qaydaları qorusunlar və mütləq tibbi maska taxsınlar.

“Virusun idarəedilməsi və adaptasiya prosesi davam edir. Dövlət tərəfindən bütün requlyasiyalar yerinə yetirilir. Vətəndaşlara yenə müraciət edirik ki, tibbi maskaları taxsınlar, çünki bu virusun yayılmasının azalması ilə birbaşa bağlıdır” – dedi Natia Mezvrişvili.