Natia Mezvirişvili - "Basiani" və "Qaleridə" narkotiklər satılırdı, müvafiq olaraq da, oradaki yoxlanış qanuni idi
Natia Mezvirişvili - "Basiani" və "Qaleridə" narkotiklər satılırdı, müvafiq olaraq da, oradaki yoxlanış qanuni idi

Polisin klublarda yoxlayış keçirməyə səlahiyyəti var idi, çünki həmin klublarda narkotik realizasiyasına yer verilirdi, – bu barədə bəyanatı Daxili İşlər Nazirinin müavini Natia Mezvirişvili verdi.

Onun dediyinə görə, qeyd olunan gecə müəssisələrində narkotik realizasiyasının bir çox faktı müvafiq dəlillərlə təsdiqlənib.

“Əlbəttəki polisin gecə klublarında yoxlayış keçirməyə haqqı var, xüsusi ilə də qeyd olunan klublarda narkotik maddələrin satılması barədə məlumatın olduğu halda. Bu faktla bağlı videolarımız var” – dedi Natia Mezvirişvili.

Onun məlumatına görə, gecə klublarında narkotik maddələr çıxarıldı, klubun həbs edilən mühafizə xidmətinin rəhbərinin üstündə isə, 50 tablet narkotik maddə tapıldı.