Natanebi çayı üzərindəki mövcud körpü zədələndiyi üçün nəqliyyatın hərəkəti qadağan edilib
Natanebi çayı üzərindəki mövcud körpü zədələndiyi üçün nəqliyyatın hərəkəti qadağan edilib

Daxili əhəmiyyətli Kobuleti-Çakvi-Maxincauri avtomobil yolunun hissəsində Kobuletidə Natanebi çayı yaxınlığındakı körpünün hərəkət hissəsi zədələnib.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, güclü yağış səbəbindən sözügedən hissədə bütün növ avtomobillərin hərəkəti qadağan edilib.

“Hazırda Avtomobil Yolları İdarəsinin və podratçı təşkilatın mütəxəssisləri bölgədədir. Zədələnmiş hissənin bərpası üçün lazımi texnikanın səfərbər olunmasına başlanılıb. Zədələnmiş körpünün bərpası zamanı avtonəqliyyat vasitələri müvəqqəti olaraq beynəlxalq əhəmiyyətli Senaki-Poti-Sarpi avtomobil yolu ilə hərəkət edəcək”, – məlumatda deyilir.