Natalia Otxmezuri konferensiyada həftənin oyunçusu seçilib #1TVSPORT
Natalia Otxmezuri konferensiyada həftənin oyunçusu seçilib #1TVSPORT

 
Gənc gürcü basketbolçu Natalia Otxmezuri “Metro Atlantik” konferensiyasında həftənin qadın oyunçusu seçilib.

O, bu mükafatı bu həftə 31.0 dəqiqəyə orta hesabla 12.3 xal və 4.0 ribaund sayəsində səmərəli oyununa görə qazanıb. Bundan əlavə, o, 48,4% dəqiqliklə iki xallıq topu, 34,5% dəqiqliklə üç xallıq topu səbətdən keçirə bilib.

Natalia Otxmezurinin “Iona Gaels” komandası son görüşü dekabrın 8-də keçirib və “Hopstra”nı 59:54 hesabı ilə məğlub edib. Natalia 28 dəqiqə ərzində 11 xal, 3 ribaund və 1 məhsuldar ötürmə ilə yadda qalıb.