“Rustavi-2” kanalının tanınmış simalarından biri olan Nanuka Jorjoliani bəyan edir ki, işindən ona görə azad edildi ki, Kibar Xalvaşiyi sevmir.
“Gözlənilən oldu. Biz bunu daha tez gözləyirdik. Mənim iş müqaviləmdə yazılmayıb ki, kanalın hansısa rəhbərini sevməliyəm. Müqaviləmdə yazılıb ki, kanala gəliri olan, yüksək reytinqli verliş hazırlamalıyam və “Nanukanın Şousu” illər boyu bunu müvəffəqiyyətlə edirdi.
Jurnalist bəyan edir ki, o sabiq hakimiyyətə olan simpatiyalarını heç vaxt gizləmir və pensiyaya çıxmağı da düşünmür.
“Mən bir dəfə bu kanaldan getdim sonra geri qayıtdım, gələcəkdə nə olacağını kimsə bilmir. Müəyyən təkliflərim də var və söz verirəm ki, Bidzina İvanişvili hakimiyyətdə olduğu müddətdə onun sinirlərini pozmağa davam edəcəm” – dedi Nanuka Jorjoliani.
Bugün keçirilən brifinqdə kanalın baş direktoru Paata Salia bəyan etdi ki, “Rustavi-2” kanalının rəhbəri Nodar Meladze və bir neçə əməkdaşı işdən azad edildi.