"NamaxvanHES-in" inşaat layihəsi ilə bağlı Natia Turnava və Levan Davitaşvili yerli əhali ilə görüşürlər

“NamaxvanHES-in” inşaat layihəsi ilə bağlı Tsageri Mədəniyyət Evində görüş keçirilir.

Yerli əhali ilə İqtisadiyyat Naziri Natia Turnava və Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili görüşürlər.

Nazirlər HES-in inşaatı ilə bağlı yerli əhalinin suallarına cavab verəcəklər.

“Sovet kollapsı olmasaydı, “NamaxvaniHES” indiyə qədər çoxdan tikilmiş olacaqdı, ancaq indi daha yaxşı şəraitlərimiz var və onu daha təhlükəsiz inşaat edə bilərik.

Ümumiyyətlə, HESlər bütün dünyada tikilir və onlar mühiti dağdan torpaq sürüşməsindən ən yaxşı qoruyurlar”, – dedi Natia Turnava.

Birinci Kanalın Tsageridə olan jurnalistinin məlumatına görə, görüş sual-cavab rejimində davam edir.