Nakerala keçidində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edildi
Nakerala keçidində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edildi

İntensiv qar yağışı ilə əlaqədar Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri daxili dövlət əhəmiyyətli avtomobil yolunun, 39-52 km (Nakerala keçidi) hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.

Onların verdiyi məlumata görə, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Avtomobil Yolları Departamentinin məlumatında qeyd edilənə əsasən, magistralın qalan hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.