Nakerala dağ keçidində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Nakerala dağ keçidində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayıb.
“Görülən təmizləmə işləri nəticəsində respublika əhəmiyyətli Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39km -62 km (Nakerala dağ keçidi) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib “- məlumatda qeyd olunur.