Myvideo.ge Birinci Kanalın siqnalını üzdəniraq pirat yolu ilə yayımlayır
Myvideo.ge Birinci Kanalın siqnalını üzdəniraq pirat yolu ilə yayımlayır

Birinci Kanal Myvideo.ge-nin mövqeyi ilə bağlı bəyanat yayır. Şirkət Komunikasiyalar Milli Komissiyasının qərarını yerinə yetirməyi planlaşdırmır.

“Birinci Kanal futbol üzrə Dünya Çempionatı 2018 matçlarının öz platformasında (televiziya, vebsəhifə, mobil aplikasiya) göstərişinin eksklüziv hüququna malikdir. Müvıfiq olaraq Myvideo.ge-nin mövqeyi məntiqdən uzaqdır. Bundan əlavə bu mənasız məlumat auditoriyanıı səhvə salır və ictimai rəylə manipulasiyaya xidmət edir.

İctimai Yayımçı və Myvideo.ge arasında bir neçə danışıq oldu. Təəssüflər olsun ki, şirkət İctimai Yayımçınən bütün tələblərini inkar etdi və üzdəniraq pirat tranzitini yenə də davam etdirir.

FIFA-nın tənzimləmələrinə əsasən, İctimai Yayımçının hüququ var ki, çempionatın translasiyasını yalnız öz platformasında həyata keçirsin. Eyni zamanda müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri (translasiya çərçivəsində reklam yerləşdirsin, Gürcüstandan kənar siqnalın ötürülməsinin məhdudlaşdırılması (Geoblocking) və s.) yerinə yetirsin”, – Birinci Kanalın bəyanatındfa deyilir.