Mütəxəssislər qrip virusunun yayılmasını Gürcüstanda da gözləyirlər

Gürcüstanda qrip virusu hələ yoxdur, ancaq Avropa regionunda qrip virusunun artıq yayıldığına görə, yaxın günlərdə Gürcüstanda da qrip halları gözlənilir.

Bu barədə məlumatı Birinci kanala, Yolxucu Xəstəliklər Departamentinin rəhbəri Xatuna Zaxaşvili verdi.

Onun dediyinə görə, xəstəliklər nəzarət xidməti virusların yayılmasına nəzarət edir və Gürcüstanda qrip virusunun zirvəsinin dəqiq vaxtını proqnozlaşdıra bilər.

Xəstəliklərin Nəzarət Xidməti əhaliyə tövsiyyə edir ki, əllərini tez-tez yusunlar və artıq qripə yoluxan insanlardan yaxın ünsiyyətdən baş qaçırdsınlar.

Qrip virusunun zirvəsi isə, aşkar edilən ilk hallardan iki həftə sonra gözlənilir – dedi Zaxaşvili.