Muşevani kəndində koronavirusa yoluxan 10 nəfəri xəstəxanaya apardılar

Bolnisi rayonunun Muşevani kəndində koronavirusa yoluxan 10 nəfəri xəstəxanaya apardılar.

Bolnisinin majoritar deputatı Qogi Meşvelianinin bəyanatına görə, bir saatlıq danışıqlar razılıqla nəticələndi və infeksiyaya yoluxanları klinikayı apardılar.

“Dünənki insindent başa çatdı. On nəfər infeksiyaya yoluxanı artıq klinikaya apardılar. Onların etirazının səbəbi isə o idi ki, onlardan heç birinin müvafiq simptomu yox idi və özlərini xəstə hesab etmirdilər. Etiraz edən kənd sakinləri arasında alkohol təsiri altında olanlar da var idi, lakin heç biri, kimsəyə fiziki təhqir etməyib.

Epidemioloqlar və tibb işçiləri Bolnisidə işləməyə davam edirlər” – dedi Qogi Meşveliani.