Muxrovanidə xüsusi əməliyyat qüvvələrinin yeni hərbi bazası tikiləcək
Muxrovanidə xüsusi əməliyyat qüvvələrinin yeni hərbi bazası tikiləcək

 

Muxrovanidə xüsusi əməliyyat qüvvələrinin yeni hərbi bazası tikiləcək.

Gürcüstan Hökumətinin Administrasiyasının məlumatında bazanın yaxınlığındakı ərazidə xüsusi əməliyyat qüvvələrinin yeni infrastruktur obyektlərinin tikintisi üçün təməl qoyulduğu deyilir.

Gürcüstanın baş naziri, müdafiə naziri, müdafiə qüvvələrinin komandanı və xüsusi əməliyyat qüvvələrinin komandanı, polkovnik Teimuraz Ğlateişvili binanın bünövrəsinə kapsul atıb.

Tikinti başa çatdıqdan sonra xüsusi əməliyyat qüvvələri Muxrovaninin yeni bazasında yerləşdiriləcək. Ümumilikdə 24 yeni bina tikiləcək, üç köhnə binada isə təmir işləri aparılacaq. Birinci mərhələdə qərargah binası, kazarmalar, yeməkxana, tibb məntəqəsi, parad meydanı, avtopark və müxtəlif təyinatlı binalar tikiləcək. İkinci mərhələdə isə təlim, təhsil, idman və istirahət məkanlarının tikintisi və ərazinin abadlaşdırılması nəzərdə tutulur.

Müasir, xüsusi əməliyyat qüvvələri mərkəzi NATO standartlarına tam uyğun olacaq. Layihənin dəyəri 70 milyon lariyə qədərdir.

Tikintinin iki ilə başa çatdırılması planlaşdırılır.