Müxalifətin etiraz aksiyalarından kimsə qorxmur
Müxalifətin etiraz aksiyalarından kimsə qorxmur

Müxalifətin etiraz aksiyalarından kimsə qorxmur, – bu barədə bəyanatı “Gürcü Arzusu” fraksiyasının sədri, Mamuka Mdinaradze “Gürcü Arzusunun” ofisində, parlament əksəriyyətinin görüşündən sonra verdi.

Mdinaradzenin dediyinə görə, danışıqlar üçün resurs hər zaman var.

“Onların etiraz aksiyalarındn kimsə qorxmur. Etiraz aksiyaları dövlətçiliyə, qanuna və hüquqa qarşı dura bilməz. Bu elə mövzudur ki, qanuna qarşı olsaq, bunu bizə nə seçicilərimiz bağışlamaz, nə də özümüz qəbul edə bilmərik”, – dedi Mamuka Mdinaradze.

Onun dediyinə görə, söhbət ölkənin üzunmüddətli və demokratik inkişafından gedir.

“Mixeil Saakaşvilinin gündəmi ilə yaşamağı buraxıb, ölkə üçün önəmli olan məsələlər üzrə müzakirə aparmalıyıq”, – dedi Mamuka Mdinaradze.

Xatırladaq ki, müxalifət nümayəndələri bu gün bəyan etdilər ki, bugündən etibarən fövqəladə rejimdə işləməyə keçirlər.