Müxalifət nümayəndələri və tərəfdaşları Tbilisidə etiraz aksiyasını noyabrın 25-də keçirəcəklər, noyabrın 26-da isə, parlamenti piketləyəcəklər
Müxalifət nümayəndələri və tərəfdaşları Tbilisidə etiraz aksiyasını noyabrın 25-də keçirəcəklər, noyabrın 26-da isə, parlamenti piketləyəcəklər

“Noyabrın 25-də etiraz aksiyası keçiriləcək, 26-da isə, parlament piketlənəcək”.

Müxalifət nümayəndələri parlamentin qabağında bu gün növbəti hərəkat planını açıqladılar.

Aksiya təşkilatçılarından biri olan Şota Diğmeıaşvili müxalifətin tələblərini bir daha bildirdi və qeyd etdi ki, proporsiyonal seçki sistemi qaçınılmaz bir zərurətdir.

Gələcək plan haqqında daha detallı şəkildə Giorgi Quqava danışdı.

“Bazar ertəsi saat səkkizdə Respublika meydanında yığılacağıq və daha sonra parlamenti piketləməyə davam edəcəyik. Hərəkətlərimiz qanun və konstitusiya çərçivəsində olacaq. Biz bu iqtidarı proporsiyonal sistemlə keçirilən seçkilər nəticəsində, sülh yolu ilə uğurlayacağıq. Bu ölkədə oliqarxiya başa çatmalıdır. Aksiya iştirakçıları deputatlara parlament sessiyalarını keçirməyə imkan verməyəcəklər.” – dedi Quqava.