"Müharibə Tədqiqatı İnstitutu" - Rusiya qüvvələri Zaporojie və Xerson vilayətlərində Ukrayna ordusunun əks hücumuna hazırlaşır
"Müharibə Tədqiqatı İnstitutu" - Rusiya qüvvələri Zaporojie və Xerson vilayətlərində Ukrayna ordusunun əks hücumuna hazırlaşır

 

“Müharibə Tədqiqatı İnstitutu” tərəfindən verilən məlumata əsasən, Rusiya qüvvələri Zaporojie və Xerson vilayətlərində Ukrayna ordusunun əks-hücumuna hazırlaşır və mövqelərini möhkəmləndirir. İnstitutun tədqiqatçılarının göstəricilərinə görə, Ukrayna qüvvələri cənub istiqaməti boyunca Rusiyanın istehkamlarını bombalamağa davam edir.

Bununla yanaşı, təşkilatdan bildirilib ki, Rusiyanın bölmələri Baxmutdan cənubda kiçik uğur əldə ediblər, lakin onların əldə edilmiş nəticələrdən Baxmut üzərində nəzarəti ələ keçirmək üçün səmərəli istifadə edə biləcəkləri ehtimalı azdır.

“Müharibə Tədqiqatı İnstitutu” həmçinin, Rusiya qüvvələrinin zədələnmiş döyüş maşınlarının təmiri ilə bağlı problemlər yaşadığına dair məlumat yayır.