Müqaviləli hərbi xidmətə qəbul davam edir
Müqaviləli hərbi xidmətə qəbul davam edir

 

Gürcüstan Müdafiə Nazirliyi müqaviləli hərbi xidmətə vətəndaşların qəbulunu davam etdirir. Ölkə miqyasında müqaviləli hərbi xidmətlə bağlı informasiya kampaniyası aparılır.

Müdafiə Qüvvələrinin Milli Qvardiyasının ərazisindən şəxsi heyət səyyar səfərbərlik avtomobilləri ilə ölkənin rayon, şəhər və kəndlərinə yola çıxıb. Hərbçilər yerli əhalini müqaviləli hərbi xidmətin şərtləri, eləcə də peşələrinə görə müdafiə qoşunlarında işləmək imkanları barədə məlumatlandıracaqlar. Bu gün Tbilisinin metro stansiyaları yaxınlığında vətəndaşlarla üzbə-üz görüşlər keçirilib. Hərbi xidmətçilər vətəndaşlara müqaviləli, o cümlədən ixtisaslar üzrə orduda xidmət haqqında ətraflı məlumat veriblər.

Əhalinin hərbi işlərə böyük marağının olduğu müəyyən edilib. Hərbçilər vətəndaşların suallarını dolğun cavablandırıblar. Müdafiə Nazirliyinin nümayəndələri qeyd ediblər ki, 4 illik müqaviləli hərbi xidmətə 18-35 yaş arası Gürcüstan vətəndaşları qəbul ediləcək. Hərbçilər NATO standartlarına uyğun yüksək keyfiyyətli geyim (forma), hərbi təchizat, qida, pulsuz tibbi xidmət, sosial və hüquqi müdafiə ilə təmin olunacaqlar. Əsgərlər qurumda motivasiyanın yüksəldilməsi üçün ən yaxşı şəraitin yaradıldığını, təhsil imkanlarının yaxşılaşdığını və karyera yüksəlişi sisteminin təkmilləşdirildiyini , maaşların artırıldığını və sosial müdafiə təminatlarının inkişaf etdirildiyini qeyd ediblər. Karyera inkişafından danışan hərbçilər, əsgərlərin xaricdə müxtəlif kurslarda əcnəbi dil öyrənə, ixtisasa yiyələnə və bacarıqlarını artıra biləcəklərini izah ediblər.

Qurum müdafiə qüvvələrində qazandığı bilik və təcrübə ilə xidməti başa vurduqdan sonra da hərbçinin rəqabətçil olmasına diqqət yetirir. Görüşdə yaşı 18-dən 40 da daxil olmaqla vətəndaşların öz ixtisasları üzrə Müdafiə Qoşunlarına işə qəbul oluna biləcəyi xüsusilə vurğulanıb. Müqaviləli hərbi xidmətə qeydiyyat prosedurları mümkün qədər sadələşdirilib. Qeydiyyat bütün il boyu onlayn şəkildə, həmçinin ölkə miqyasında müxtəlif şəhərlərdə – Tbilisi, Qori, Kutaisi, Senaki, Batumi və Telavidə, ədliyyə evlərində və səyyar səfərbərlik avtomobillərində mümkündür.

Müqaviləli hərbi xidmət və müdafiə qüvvələrində peşə üzrə işə qəbulla bağlı məlumat kampaniyası ölkə miqyasında iki həftə davam edəcək.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.