Müəllimlər üçün kredit-ballarının yığılması sistemi ləğv olunacaq

Müəllimlər üçün kredit-ballarının yığılması sistemi ləğv olunacaq, – bu barədə bəyanatı Müəllimlərin Professional İnkişaf Mərkəzinin rəhbəri Berika Şukakidze, yeni təhsil islahatının təqdimatı zamanı verdi.

Berika Şukakidzenin bəyanatına görə, müəllimlər bürokratiyadan azad edilməlidirlər.

“Müəllimlər vaxtlarını müxtəlif sənədlər yığıb, hazırlamaq üçün xərcləməməlidirlər. Daha böyük aksent dərs prosesinə yetirilməlidir” – dedi Şukakidze.

Həmçinin, müəllimlər özünü dəyərləndirmə və portfolio yükləmək öhdəliyindən də azad ediləcəklər.

Berika Şukakidzenin bəyanatına görə, bu tədbirlərdən sonra, məktəblərin müstəqilliyi və təhsil keyfiyyətinə qarşı məsuliyyətləri artacaq.

Bürokratiya və gərəksiz requlyasiyalar isə, aradan qaldırılacaq.