Müdafiyə Naziri Azərbaycanın Gürcüstandaki səfiri ilə görüşdü

Gürcüstanın Müdafiyə Naziri İrakli Ğaribaşvili Azərbaycanın Gürcüstandaki səfiri Dursun Həsənov ilə görüşdü.

Tanışlıq xarakteri daşıyan görüşdə, tərəflər iki ölkənin müdafiyə idarələri arasındaki əməkdaşlıq perspektivlərini və regional təhlükəsizlik məsələlərini müzakirə etdilər.

Müdafiyə naziri əsas diqqəti Gürcüstan, Azərbaycan və Türkiyə üçlüsü formatındaki əməkdaşlığına yetirdi.

İrakli Ğaribaşvili həmçinin hərbi təhsil və təlim ilə bağlı əməkdaşlıq və bu istiqamətdə Azərbaycanla təcrübə mübadiləsi haqqında da söhbət etdi.

Görüşdə Azərbaycan Respublikasının hərbi attaşesi Fuad İbrahimov və səfirliyin əməkdaşı iştirak edirdilər.