Müdafiə Qüvvələrinin nümayəndələri Arçil Tatunaşvilinin xatirəsini ehtiramla yad ediblər
Müdafiə Qüvvələrinin nümayəndələri Arçil Tatunaşvilinin xatirəsini ehtiramla yad ediblər

 

Gürcüstan Müdafiə Qüvvələrinin nümayəndələri Muxatqverdi qardaşları qəbiristanlığında olublar.

Hərbi qulluqçular Arçil Tatunaşvilinin xatirəsini ehtiramla yad edib, onun qəhrəmanlıq tarixini yada salaraq mərhumun ailə üzvlərinə bir daha başsağlığı veriblər.

2018-ci ilin fevralın 22-də Arçil Tatunaşvili Axalqoridə işğalçı rejim tərəfindən qanunsuz olaraq saxlanılıb. Fevralın 23-də onun öldürüldüyü məlum olub. Daha sonra cənazə gürcü tərəfinin nəzarətində olan əraziyə gətirilib və hərbi qaydada Muxatqverdi qardaşları qəbiristanlığında dəfn edilib. Kiçik serjant Arçil Tatunaşvili 2007-2011-ci illərdə Gürcüstanın Müdafiə Qüvvələrində xidmət edib.