Müdafiə Qüvvələrinin komandanı Estoniya Müdafiə Liqasının komandanını qəbul edib
Müdafiə Qüvvələrinin komandanı Estoniya Müdafiə Liqasının komandanını qəbul edib

 

Gürcüstanda səfərdə olan Estoniya Müdafiə Liqasının komandanı, briqada generalı Riho Uteq Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili ilə görüşüb.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatında görüşdə tərəflərin Estoniya ilə Gürcüstan arasında müdafiə sahəsində əlaqələri, Milli Qvardiya ilə Estoniya Müdafiə Liqası arasında sıx əməkdaşlığı xüsusilə vurğuladıqları və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdikləri deyilir. Tərəflər həmçinin ərazi müdafiəsi mövzusunda da danışaraq, bir-birləri ilə təcrübələrini bölüşüblər.

Ərazi və səfərbərlik ehtiyatı, eləcə də müdafiə könüllülərinin və müdafiə qüvvələrinin şəxsi tərkibinə yenilərin cəlb edilməsi məsələlərinə diqqət yetirilib. General-mayor Qiorqi Matiaşvili Gürcüstan Milli Qvardiyasının inkişafına verdiyi töhfəyə və dəstəyə görə Estoniya tərəfinə təşəkkür edib.

Görüşdə Milli Qvardiyanın komandanı, briqada generalı Roman Coxadze və Estoniya Müdafiə Liqasının baş serjantı Piter Lend iştirak edib. Gürcüstana səfər çərçivəsində Estoniya Müdafiə Liqasının komandanı, Milli Qvardiyanın rezervistlərinin təlim və yenidənhazırlanma mərkəzi “Paldo”ya və 20-ci kadrlaşdırılmış briqadaya baş çəkəcək.