Müdafiə Nazirliyinin yaralı və xəsarət alan hərbçiləri “Güclülərin oyunları”na hazırlaşır
Müdafiə Nazirliyinin yaralı və xəsarət alan hərbçiləri “Güclülərin oyunları”na hazırlaşır

Gürcüstan Müdafiə Nazirliyinin yaralı hərbçilərdən ibarət komandası fəal şəkildə “Güclülərin Oyunlarına” (Invictus Games 2023) hazırlaşır .

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçilər Tserovanidəki Maro Makaşvili adına bərpa mərkəzinin idman və məşq zallarında idmanın müxtəlif növləri üzrə məşq edirlər.

Bu il sentyabrın 7-17-də Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Güclülərin Oyunlarında” Gürcüstan 20 para-idmançı ilə iştirak edəcək.

Yaralı hərbçilər, 22 ölkədən 500 yaralı və xəsarət almış hərbçi ilə birlikdə iki komanda və altı fərdi idman növündə yarışacaqlar. Əsgərlər oxatma, üzgüçülük, ağır atletika, atletika, oturaq voleybol, para-basketbol, ​​stolüstü tennis və idman avadanlıqlarında avarçəkmə idman növləri üzrə fiziki qabiliyyətlərini sınayacaqlar.

2014-cü ildən “Güclülərin Oyunları” Böyük Britaniyanın Sasseks hersoqu Şahzadə Harrinin himayəsi altında müxtəlif ölkələrdə keçirilir. Gürcüstanın yaralı əsgərlərindən ibarət komandaların iştirakı həmişə yüksək keyfiyyətli medallarla təltif olunur.