Müdafiə Nazirliyindən sosial şəbəkədə yayılan videoda təlimdən sonra texnikanın Axaltsixedən Qori istiqamətində daşınmasının əks olunduğunu bildirirlər
Müdafiə Nazirliyindən sosial şəbəkədə yayılan videoda təlimdən sonra texnikanın Axaltsixedən Qori istiqamətində daşınmasının əks olunduğunu bildirirlər

 
Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, sosial şəbəkədə texnikanın dəmir yolu vaqonları vasitəsilə Axaltsixedən Qori istiqamətində daşınmasını əks etdirən video yayılır.

İdarənin bəyanatında da qeyd olunduğu üzrə, sözü gedən texnika Birinci Piyada Briqadasının mülkiyyətidir və yüzlük səviyyəsində planlı sahə təlimlərindən sonra Qoriyə qaytarılırmış.

“Sosial şəbəkədə dəmir yolu vaqonları vasitəsilə Axaltsixedən Qori istiqamətində texnikanın daşınmasını əks etdirən videoya münasibət bildirmək istəyirik. Sözü gedən texnika Birinci Piyada Briqadasının mülkiyyətidir və yüzlük səviyyəsində planlı sahə təlimlərindən sonra Qoriyə qaytarılırdı.

Bununla yanaşı, qeyd edilməlidir ki, bu ilk dəfə baş vermir və planlaşdırılmış təlimlər çərçivəsində sözügedən poliqona illərdir texnika dəmiryolundan istifadə edilərək daşınılır.

Əhaliyə xahişlə müraciət edirik ki, cəmiyyətdə əsassız panikaya səbəb olan oxşar məzmunlu videoları yaymaqdan çəkinsinlər. Buradaca qeyd edirik ki, təlimlə bağlı Müdafiə Nazirliyi mayın 12-də ətraflı məlumat yayıb” – deyə bəyanatda qeyd edilib.